Sosial şəbəkələrin Azərbaycan seqmentində naməlum şəxsin Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaxınlığında tələbələrə yaxınlaşaraq onlardan pul tələb etməsini əks etdirən kadrlar yayılıb. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Onun aptekdən dərmanlar üçün pul istədiyi bildirilir. O, xarici valyutanı manata dəyişə bilmədiyini iddia edərək, dərmanı alandan dərhal sonra pulu dollarla qaytaracağını vəd edib.
Alınan məlumatlara görə, bu şəxs bir müddət əvvəl ADPU-nun tələbələrindən birini qaçırıb. Hadisədən bir neçə gün sonra qızın intihar etdiyi bildirilir.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdar olduqlarını bildirib. "Hazırda araşdırma aparılır", - məlumatda deyilir.
[video width="1920" height="300" mp4="https://bakuplus.az/storage/photos/2022/10/audio.mp4"][/video]