Bakıda plastik tullantıların toplanılması üçün quraşdırılan məntəqələrin sayı artırılır. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Hazırda Gənclik Mall, Dəniz Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, CinemaPlus və Park Cinema kinoteatrlarının dəstəyi ilə müəssisələrin yerləşdiyi ərazilərdə plastik tullantıların toplanılması üçün qutular yerləşdirilib, həmçinin insanların maarifləndirilməsi üçün müxtəlif məlumatlandırıcı vasitələr paylanılıb.
Ümumilikdə “Təmiz Ölkəm” layihəsi çərçivəsində paytaxtın müxtəlif yerlərindən 85-dən artıq tərəfdaş layihəyə cəlb edilib. 8 ay ərzində 17.480 kiloqram plastik toplanılaraq, təkrar emal müəssisələrinə göndərilib.
[URIS id=68150]