Bu gün Bakıda Türkiyənin Cümhuriyyət Günü ilə bağlı tədbir keçirilib. Bu haqda Oxu.az xəbər verib. Tədbir Bakıdakı Türk Şəhidliyində Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə türk hərbçilərin məzarlarının üzərinə gül dəstələri və çələng qoyulub.
Cahit Bağçı xatirə dəftərinə fikirlərini yazıb. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını da ziyarət ediblər.