Bakı Ekspo Mərkəzində əmlak sərgisi keçiriləcək. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Tədbir 19-20 noyabr tarixlərində təşkil olunacaq. Sərgiyə giriş sərbəst olacaq.
“United Property Expo 2022” sərgisi xaricdə əmlak almaq, hər-hansı layihəyə yatırım etmək və ya əmlak icarəyə vermək istəyənlər üçün ölkələrarası əlaqələndirici rolunu oynayır.
Burada 15-dən çox ölkədən 70-dən artıq şirkət iştirak edəcək.