top
Bakıda “VAZ” dairəsi ləğv edilib: sürücülər yollarının kilometrlərlə uzanmasından narazıdırlar
03 oktyabr 2022, 03:10
- ↺ +

Bakıda “VAZ” dairəsi ləğv edilib: sürücülər yollarının kilometrlərlə uzanmasından narazıdırlar

Bakıda sürücülər “VAZ” dairəsi deyilən dairənin ləğv olunmasından narazıdırlar. Bu haqda 3 oktyabr tarixində Bakuplus.az ApaTV-yə istinadən xəbər verir.

Sakinlər əvvəllər şəhərə doğru getmək üçün “VAZ” dairəsindən istifadə edirdilər. Amma hazırda bu dairə ləğv olunduğundan, orada yaşayan sakinlər və digər avtomobillər məcburiyyətdən Saray qəsəbəsinə doğru 7 km məsafə qət etmək, bu yolla şəhərə getmək məcburiyyətindədirlər.

Sözügedən dairə təxminən bir aya yaxındır ki, ləğv edilib. Bu da 20 min nəfərə yaxın sakinin yaşadığı Masazır və Abşeron Gənclər Şəhərciyinin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin etirazına səbəb olub. Bundan başqa, bu yolla hərəkət edən 199 saylı yeganə müntəzəm marşrut xəttinin fəaliyyəti də pozulub. Sözügedən yolda edilən dəyişikliyə görə sürücülər hər gün 6 km əlavə yol qət edirlər. Bu yolda, həmçinin nə yol hərəkətlərini tənzimləyən lövhələr var, nə də işıqfor.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, “VAZ” dairəsi yolda yaranan uzun-uzadı tıxaclar səbəbindən ləğv edilib:

“Layihənin icrasının sonrakı mərhələsində daha yaxın məsafədə geriyə dönmə zolağının yaradılması nəzərdə tutulub. Hazırda sürücülər bir istiqamət üzrə əlavə 2,8 km məsafə qət etməklə heç bir sıxlıq problemi yaşamadan geri dönmə edib hərəkətlərinə davam edə bilərlər ki, bununla da tıxacda qalmadan, rahat gedə bilərlər”.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər