Bakıda beynəlxalq universitetlərin iştirakı ilə təhsil sərgisi keçiriləcək. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az “studynet_group”-a istinadən xəbər verir.
Tədbir 24 noyabr saat 12:00-17:00 aralığında “Hilton” hotelində baş tutacaq. İştirak sərbəstdir. Qeydiyyat üçün linkə keçid edin.
Sərgidə Amerika, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrin universitetlərinin rəsmi nümayəndələri ilə birbaşa görüşmək və onlardan geniş məlumat almaq mümkün olacaq.