Cult Baku Club və “Azərxalça” hər kəsi oktyabr ayında keçiriləcək 3 sessiyadan ibarət “Öz xalçanı toxu” adlı ustad dərslərinə toxunma prosesini öyrənməyə dəvət edir. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Ustad dərsləri 3, 7 və 14 oktyabr tarixlərində saat 17:30-dan 19:00-dək keçiriləcək. İştirakçılar 20x20 sm ölçüdə yun xalça toxuyacaqlar.
Dərslərdə istifadə olunan nəzəri material NinkaCards tərəfindən təqdim olunacaq.
Ustad dərsində yerlərin sayı 6 iştirakçı ilə məhdudlaşdığından iştirak etmək istəyənlər qeydiyyatdan keçməlidirlər.