Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində film günü keçiriləcək. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
Tədbir 21 oktyabr saat 16:00-da başlayacaq. Nümayiş olunacaq film “Cənnətin krallığı” adlanır. Giriş ödənişsizdir.
Filmdə Misirin və Suriyanın sultanı Salah Ad-din və Qüds krallığı arasında baş vermiş toqquşma haqda söhbət gedir. Qüds kralı IV Baldvin xəstəlik səbəbindən ölümlə üz-üzədir. Müsəlmanlar isə müqəddəs sayılan Qüds torpaqlarını geri almaq istəyirlər. Qüds krallığı Salah Ad-dinin hücumuna tab gətirə biləcəkmi?