Bakı şəhər İcra Hakimiyyəti kəskin hava şəraiti ilə əlaqədar sakinlərə müraciət edib. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Keçirilən muşavirə zamanı İcra Hakimiyyətindən bildirilib ki, qış sərt və yağmurlu keçəcək. Bu səbəbdən dövlət və özəl qurumların, müəssisə rəhbərlərinin, eləcə də paytaxt sakinlərinin özlərinə aid olan əraziləri təmizləməkdə iştirak etmələri xahiş olunur.
Qurum bu kimi təcrübələrin Avropa ölkələrində də olduğunu əlavə edib.