Paytaxt ərazisində ötən il ərzində 194 məktəblinin xəsarət alması barədə məlumat daxil olub. Bu haqda bu gün. 14 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, məktəblini maşın vurması ilə bağlı 27 müraciət daxil olub, eləcə də şagirdlər arasında mübahisə halı ilə bağlı 126 müraciət, şagirdin psixoloji durumu barədə 23, şagirdin halının pisləşməsi haqda 104, işçinin halının pisləşməsi haqda 66 müraciət qeydə alınıb.
Ən çox müraciətlər Sabunçu rayonundan qeydə alınıb.