Paytaxt küçələrindən bulaqlar çıxarıldığı üçün küçələrdəki ağaclar susuz qalaraq quruyur. Bunu Report verdiyi məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.
O bildirib ki, Bakı və Abşeron yarımadasında yaşıllıqların salınması və qorunması ilə bağlı yeni qanuna və ya qanunvericiliyə dəyişiklik etmək lazımdır.
Qənbərov qeyd edib ki, bununla bağlı aidiyyəti qurumlara müraciət edilib: "Qanunla yaşıllıqların yaradılmasına xüsusi yanaşılmalıdır. Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur".