“Bakı” Müəllif Mahnıları Klubunun konsert proqramı təqdim olunacaq. Bu haqda BakuPlus.az Bakı Rus Evinin mətbuat xidmətinə istinadən istinadən bu gün, 10 sentyabr tarixində xəbər verir.
Tədbir sentyabrın 11-i saat 19:00-da Zağulba FM-də açıq səma altında baş tutacaq.
Mahnıları bu janrın həvəskarlarına tanış olan bardlar - Georgi Çernoqorov, İbrahim İmaməliyev, Ələddin Yaqubov və digərləri ifa edəcəklər.
Tədbirin xüsusi qonağı İsrailli Anuar Budaqov olacaq.
Tamaşaçıları bard mahnılarının klassik tərzinə xas olan ab-hava - tonqal ətrafında gitara gözləyir.