Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində ağacların dibləri betonlanıb. Bu haqda bu gün, 7 yanvar tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən məlumat verir.
Paylaşılan fotoda gövdələr artıq ağaclar üçün ayrılmış çuxurlardan daha böyük olub, buna görə həm diblər, həm də səki deformasiyaya uğrayıb.
İzləyicilər aidiyyəti qurumlardan ağaclara qulluq etməyi, tədbir görməyi xahiş edirlər.
[URIS id=86067]