Bakının mərkəzində, Qoqol küçəsində yerləşən 19-cu əsrdə tikilmiş binanın fasadı zədələnib. Bu haqda bu gün, 12 sentyabr tarixində Azərbaycanın tanınmış memarı, memarlıq tarixinə dair kitabların müəllifi Elçin Əliyevə istinadən Oxu.az məlumat verib.
Elçin Əliyev bildirib ki, bir il əvvəl Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş və dövlət tərəfindən qorunan tarixi binanın (İrs Siyahısının 128-ci səhifəsində 2950 nömrəli yazı) fasadını restoran düzəltmək üçün “kəsiblər”.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti sorğuya cavab olaraq bildirib ki, faktla bağlı araşdırma aparılır.