Bakı məktəblərinə işə qəbul üzrə test imtahanı keçirilib. Bu haqda 6 sentyabr tarixində Report məlumat verib.
Ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə keçirilib. Test imtahanlarında elektron ərizəsi qəbul edilmiş 1349 namizəd iştirak edib.
Müsabiqə test formatında keçirilib və namizədlərə 35 sual (25-i təhsil qanunvericiliyi, 5-i məntiq, 5-i informatika) verilib. Test imtahanının nəticələri məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.