Paytaxtda 30 km/saat sürət hədli zonaya daxil olan küçələr açıqlanıb. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Əsasən Azərbaycan prospekti ətrafında quraşdırılan yeni yol nişanları 33 küçəni əhatə edir.
Beləliklə, həmin ərazidə aşağıdakı üstünlüklər yaranıb:
- Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;
- Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;
- Hava keyfiyyətinin yüksəldilməsi;
- Sosial mühitin inkişafı;
- Səs kirliliyinin azaldılması;
- Piyada hərəkətin və velosipedlərdən istifadənin stimullaşdırılması.
Daha öncə, paytaxt ərazisində “30 zona” yol nişanlarının yaradılması barədə
məlumat verilmişdir.