top
“Bakısayağı” eklektika - unikal obrazları yaradan  gənc rəssam və heykəltaraş Pərviz Abasov
07 sentyabr 2022, 05:20
- ↺ +

“Bakısayağı” eklektika - unikal obrazları yaradan gənc rəssam və heykəltaraş Pərviz Abasov

“Müasir incəsənəti başa düşmək asandır: divarda asılı olan rəsmdir, arxadan görünən isə heykəldir”. Ogüst Roden

İyirminci əsrdə köhnə ənənələrlə heyrətamiz dərəcədə kəskin və sürətli ayrılma baş verdi, çoxlu sayda yeni cərəyanlar, üslublar, mövzular və materiallar bəşəriyyətə yeni qeyri-adi yaradıcılıqların saysız-hesabsız zənginliyini bəxş etdi. Köhnə ənənələrdən qopma postmodernizm dövrünün sələfi oldu ki, bu da öz növbəsində sənətdə sonsuz sayda fərdi üslub və cərəyanların yaranmasına səbəb oldu.

Bakuplus.az komandası gənc rəssam və heykəltaraş, sənətə özünəməxsus yanaşma tərzi seçən Pərviz Abasovla həmsöhbət olub.

Pərviz Abasov 1992-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıq illərindən incəsənətin, demək olar, hər sahəsinə maraq göstərib, və nəticədə rəssamlıqla və heykəltaraşlıqla məşğul olmağa qərar verib. 2008-ci ildə orta məktəbin 9-cu sinfini bitirərək sənədlərini Əzim Əzimzadə adına rəssamlıq kollecinə verib və həmin kollecin Heykəltaraşlıq fakültəsinə qəbul olunub.

Kolleci bitirdikdən sonra hərbi xidmətə yollanıb və hərbi xidməti bitirdikdən sonra, 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 2019-cu ildə akademiyanı bitirdikdən bu günə qədər öz emalatxanasında yaradıcılıq işləri ilə məşğuldur.

- Pərviz Abasovun yaradıcılıq yolu necə olub?

Yaradıcılıq yolu, dəqiq desək, 6-7 yaşlarımdan başlayır. O zamanlar dərnəklərə gedirdim, rəssamlıqla və heykəltaraşlıqla məşğul idim. Heyf, o dövrdə işlədiyim əsərləri saxlamamışam. Çünki o yaş dövründə düzəltdiyim kiçik fiqurlar heç kimi dinləmədən, öz beynimdə olan fantaziyalardan yaradılmış və sərbəst şəkildə işlədiyim obrazlar idi. Uşaq olanda hər hansı bir rəsm çəkəndə, və ya fiqur düzəldəndə, bu proses çox sərbəst, heç kimi dinləmədən, heç kimin fikrinə qulaq asmadan gedir (həyata keçirilir). Düzdür, hal-hazırda da mənim yaradıcılığım belədir - kimisə dinləməyi, əsərlərimə fikir bildirməyini elə də sevmirəm, yaxşı və ya pis, fərq etmir.

[URIS id=68731]

- Əsərlərinizdə Bakı motivləri mövzusuna, o cümlədən ənanəvi “bakılı qaqaş” obrazına böyük yer ayrılıb. Cəmiyyətimizin üzvü olaraq bu obraza münasibətiniz necədir?

Qəribə olsa da, mən deməzdim ki, əsərlərimdə ənənəvi "Bakılı obrazları" var, çünki əsərlərimdə bəzi detallar və nüanslar var ki, heç o dövrə və ya indiki dövrə uyğun deyil. Ənənəvi "qədeş" və ya "Bakılı obrazı"nı, demək olar ki, Bakının və İçərişəhərin küçələrində heykəl şəklində, və ya rəsm şəklində görürük - əlində təsbeh, başında papaq və sairə. Düzdür, mən də bu detallardan, demək olar, hər əsərimdə istifadə edirəm, sadəcə olaraq fərq ondadır ki, mənim yaratmaq istədiyim obraz mən onu və o dövrü necə gördüyüm, və ya görmək istədiyim, bu obrazı qavradığım kimi olmalıdır. Mən çalışıram ki, yaratdığım personaj hər gün şəhərdə, qalereyalarda gördüyümüz "Bakılı qədeş" obrazı yox, mənim yaratdığım, mənim beynimin məhsulu olan bir personaj olsun, və məqsədim budur ki, mənim əsərlərimi görən izləyici bilsin ki, bu Pərvizin personajıdır.

[URIS id=68727]

- Siz rəsmlərinizdə tez-tez Bakı məhəllələri və Amerika gettolarının təsvirlərini qarışdırırsınız. Sizcə, həyatın qanunları və qaydaları çox oxşardır?

Fərqli olan təkcə personajlardır. Mən həmişə o sintezi görmək istəmişəm. Əsərlərimin əksəriyyəti də bu mövzudadır. Məsələn bizim Bakı kəndlərində hələ də toy axşamları, ciyər axşamları və digər adətlər var. Və belə məclislər, demək olar ki, səhərə qədər meyxana ilə,deyişmə ilə davam edir. Mən isə o toy axşamlarının birində 2pac və Biggienin meyxana deməyini təsvir etmişəm. Nə qədər qəribə olsa da, işlərimdə sintez və heç vaxt ağlımıza gəlməyən hər hansı bir situasiya yaratmaq mənə həmişə maraqlı olub. Bundan başqa, "Fəşın viik" adlı əsərimdə məşhur modelyer Karl Lagerfeldin Bakının hər hansı bir ticarət mərkəzində olmağını təsvir etmişəm. Demək olar ki, yaradıcılığımın əksər hissəsi bu mövzulardadır.

[URIS id=68737]

- Məşhur türk sərkərdəsi Nuri Paşanın büstünü yaratmısınız. Bu şəxsin Bakının tarixindəki roluna münasibətiniz necədir?

Nuri Paşanın büstünü 2019-cu ildə sifarişlə düzəltmişəm. Büst Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyində yerləşir. Azərbaycanda müstəqil dövlətin qurulmasında müstəsna xidmətləri olmuş Qafqaz İslam Ordusunun komandanı haqqında, təbii ki, müsbət münasibətim var. Ümumiyyətlə, tarix boyu qardaş Türkiyə hər zaman çətin günlərimizdə yanımızda olub.

[caption id="attachment_68746" align="alignnone" width="800"]Pərviz Abasov Foto Pərviz Abasovun İnstagram səhifəsi[/caption]

- “Anderqraunt” layihəniz haqqında məlumat verə bilərsiniz? Layihə hansı mərhələdədir?

"Anderqraunt" layihəsi öz əsərlərimdən ibarət olan illustrasiyaların və yağlı boya ilə olan əsərlərin geyimlər üzərində çap versiyasıdır. Amma, çox təəssüf ki, insanın zəhmətinə qiymət və hörmət etməyən bəzi hörmətsiz "insanlar" İnstagram səhifəmdən şəkilləri götürüb istənilən çap yerində əsərlərimi köynəyin üzərində çap edib kommersiya məqsədilə istifadə edirlər. Çap etməkləri bir yana - mövzuda qətiyyən müəllifin, yəni mənim adım hallanmır.

[URIS id=68744]

- Siz Azərbaycanda yeni nəsil heykəltaraşlardan birisiniz. Əvvəlki nəslin əsərləri haqqında nə düşünürsünüz? Xüsusilə bir müddət əvvəl açılışı olan Müslüm Maqomayevin abidəsi ilə bağlı fikirləriniz necədir?

Bayaq qeyd etdiyim kimi, mən hər hansı bir sənətçinin işlədiyi əsərə rəy bildirməyi qətiyyən sevmirəm - hər bir rəssamın öz zövqü, öz fantaziyası və üslubu var. Yeni nəsil rəssamlarda görmək istədiyim yeganə nüanslardan biri fərqlilikdir, standartlardan uzaq olmaqdır. Qaldı ki Azərbaycanın Xalq Rəssamı Ömər Eldarovun işlədiyi Müslüm Maqomayevin heykəlinə, mən Ömər müəllimin yaratdığı əsərlər qədər (Xurşudbanu Natəvan, Hüseyn Cavid, Füzuli heykəlləri və s.) işlər görsəm, bəlkə o zaman onun yaradıcılığı barədə hər hansı bir rəy bildirməyə ixtiyarım çatar

- İnstagram hesabınızda şəhid Qarayev Təhmasibə həsr olunmuş barelyefin eskizi üzərində işlədiyiniz video var. Onu şəxsən tanıyırdınız? Barelyef quraşdırılıbsa, harada yerləşir?

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların və Vətən müharibəsində yaralanan qazilərimizin hər biri ayrılıqda bizim qardaşlarımızdır. Bizim də borcumuzdur ki, əlimizdən gələn qədər öz vəzifəmizi yerinə yetirək, necə ki Qarayev Təhmasib qardaşımızın büstünü hazırlayıb ailəsinə təhvil verdik. Onu da qeyd edim ki, büstü heykəltaraş-rəssam, dostum Təbriz Soltanlı ilə birgə hazırlamışıq.

[caption id="attachment_68745" align="alignnone" width="800"]Pərviz Abasov Foto Pərviz Abasovun İnstagram səhifəsi[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər