Bakı şəhər təhsil işçiləri görülən işlərlə bağlı konfrans keçiriblər. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən xəbər verir.
Keçirilən konfrans zamanı aşağıdakı mövzulara toxunulub:
- Cari il paytaxt ərazisində 8 bağçanın fəaliyyəti dayandırılıb, 4 bağça əsaslı təmir olunub;
- Bakıda 8 yeni məktəb binası tikilib. Onlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq;
- IX sinif buraxılış imtahanlarında paytaxtın Sabunçu, Qaradağ, Xəzər və Pirallahı rayonları ən aşağı nəticə göstərib. Bununla bağlı diqqət həmin rayondakı təhsil müəssisələrinə yönləndiriləcək;
- Bakı məktəblərinə 254 şəhid və qazi ailələrinin üzvləri, eləcə də qazilər işə qəbul edilib.
Konfrans şagirdlərin ifasında “Gənclik himni” ilə başa çatıb.