Oktyabrın 5-6-da Ağdam və Bakıda birinci Azərbaycan Milli Şəhərsalma Forumu keçiriləcək. Bu haqda bu gün, 23 sentyabr tarixində BMT-nin Azərbaycandakı nümayəndəliyinin (UN Azerbaijan) mətbuat xidməti məlumat verib.
Forumda ölkənin şəhərsalma sahəsində üzləşdiyi problemlər müzakirə olunacaq.
Tədbirin əsas məqsədi davamlı inkişafa və şəhərlərin bərpasına töhfə verən beynəlxalq təcrübəni bölüşmək, şəhər bərpasının Azərbaycan modelini öyrənmək, eləcə də dünyanın müxtəlif yerlərində oxşar problemlərlə üzləşən mütəxəssislər və siyasətçilər ilə əlaqələr yaratmaqdır.
Forumun təşkilatçıları Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin İnsan Məskənləri Proqramı (UN-HABITAT) və ADA Universitetidir.