Bakının Ə.F.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında uşaqlara lazımi qayğı göstərilmir. Bu haqda bu gün, 17 sentyabr tarixində Oxu.az sosial şəbəkələrə istinadən xəbər verib.
İddialara görə, tibb müəssisəsində uşaqlar çimizdirilmir və nəticədə onlar qotur xəstəliyinə tutulurlar.
Həmçinin xəstəxanada çalışan tibb bacılarının kimsəsiz uşaqlara baxmağın onların işi olmadığını dedikləri iddia edilir.
Vətəndaşların sözlərinə görə, Araz adlı 2 yaşlı uşağın qapalı otaqda saatlarla uşaq arabasında saxlanılıb. Üşaq bütün günü tək qalaraq ağlayır, yaraları qaşınır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) faktla bağlı araşdırma aparıldığını bildirib.