top
Bakıda çox şeyi dəyişəcək yeniliklər - Metro xətləri nə vaxt ayrılacaq?
22 yanvar 2025, 23:15
- +

Bakıda çox şeyi dəyişəcək yeniliklər - Metro xətləri nə vaxt ayrılacaq?

“Bakı Metropoliteni” QSC-nin yeni sədri Vüsal Aslanov metronun “Qırmızı xətt”i ilə “Yaşıl xətt”inin ayrılmasının vacibliyinə bildirib.

Qafqazinfo.az xəbər verir ki, sədr bu xətlərin “C.Cabbarlı” - “28 May” stansiyasında ayrılması ilə “Dərnəgül”dən gələn qatarların “Xətai” stansiyasınadək, “İçərişəhər”dən başlayan qatarların isə “Həzi Aslanov” istiqamətində hərəkət edəcəyini deyib.

Yəni yaxın gələcəkdə “Yaşıl xətt”in üzərindəki stansiyalardan - “20 Yanvar”, “Elmlər Akademiyası” və sair,  “Gənclik”, “Nərimanov”, “Koroğlu” istiqamətinə və ya geriyə gedən qatarlar “28 May" stansiyasına daxil olmayacaq. Onlar “Nizami”dən “Cəfər Cabbarlı”ya keçəcək və hərəkətini “Xətai” stansiyasında sonlandıracaq. “Qırmızı xətt”in üzərində olan “Gənclik”, “Nərimanov”, Koroğlu” stansiyalarına getmək istəyənlər “Cəfər Cabbarlı”da düşüb keçidlə “28 May”a keçməli olacaqlar. Eynilə də geriyə doğru hərəkət edənlər. “Koroğlu” istiqamətindən “Elmlər Akademiyası”na getmək istəyənlər “Gənclik”dən sonra “28 May”da düşməyə məcbur olacaqlar və “Cəfər Cabbarlı” stansiyasına keçərək “Yaşıl xətt”in qatarına minib “Elmlər Akademiyası”, “20 Yanvar”, “Azadlıq prospekti” istiqamətinə hərəkətlərini davam etdirəcəklər.

Metroda sıxlığın aradan qaldırılmasını hədəfləyən layihəyə paytaxt ərazisində 10 yeni stansiyanın tikintisi də daxildir ki, bunun üçün də 10 illik vaxt proqnozlaşdırılır. Hazırda tikilməkdə olan və yeni tikiləcək stansiyaların çoxunun “Bənövşəyi xətt” üzərində olacağını nəzərə alsaq, meqalayihə “Dərnəgül-Xətai” xəttinin yükünü əhəmiyyətli dərəcədə azaltmaqla Bakıda nəqliyyatın yükünü xeyli yüngülləşdirmiş və paytaxtdakı mövcud ənənəvi sərnişin axını istiqamətlərini də böyük ölçüdə dəyişdirmiş olacaq.

Xətlərin ayrılması mövzusu uzun illərdir gündəmdə olsa da, son vaxtlar şəhər nəqliyyatındakı yüklənmə, metroda hər gün müşahidə etdiyimiz hədsiz sıxlıq bu məsələnin artıq real addımlarla həll edilməsinə zəmin yarandığını göstərir. Metropolitenin yeni rəhbəri də Prezident İlham Əliyevin sıxlığın aradan qaldırılmasına dair tapşırıqlar verdiyini bildirib.

İşin praktik tərəfinə gəldikdə, çoxlarını düşündürən məntiqi sual ortaya çıxır: Xətlər “28 May” – “Cəfər Cabbarlı” stansiyalarında ayrılacaqsa, həmin stansiyalar buraya düşəcək böyük yükü qaldıra biləcəkmi?

Görünən odur ki, hazırki vəziyyətdə bunu etmək mümkün deyil. “28 May” stansiyası onsuz da sərnişinlə dolub-daşır və digər iki xəttin sərnişin mübadiləsinə dözə bilməz. “Yaşıl” və “Qırmızı xətlər”in ayrılması yalnız “Bənövşəyi xətt”in daha bir neçə stansiyasının istifadəyə verilməsi ilə mümkün ola bilər. Belə ki, “Bənövşəyi xətt” “Yaşıl xətt”lə böyük ölçüdə paralellik təşkil etdiyindən bu xəttin istifadəyə verilməsi və üzərindəki keçid stansiyalarının işə düşməsi ilə “28 May”da proqnozlaşdırılan ağır yüklənmə də azalmış ola bilər.

Hazırda “Bənövşəyi xətt”in mövcud stansiyalarından biri – “Memar Əcəmi-2” stansiyası eyniadlı stansiya ilə bir ərazidə yerləşir. Üzərində 4 stansiya olan (“Xocasən”, “Avtovağzal”, “Memar Əcəmi-2” və “8 Noyabr”) xəttin bir qədər də uzanması ilə hazırda “Yaşıl xətt”in yükü yüngülləmiş olacaq. Həmçinin “Bönəvşəyi xətt”in üzərində hazırkı “Nizami”, “Sahil” və “Xətai” stansiyalarının yaxınlığında yeni keçid stansiyalarının olacağını da nəzərə alsaq, bu xəttin “Yaşıl xətt”lə yanaşı “Qırmızı xətt”in də işinə böyük dəstək verəcəyini düşünmək olar.

İnşaatçı-mühəndis Azər Axundovun da fikrincə, “Yaşıl” və “Qırmızı xətlər”in ayrılması hazırki şəraitdə ağlabatan görünmür:Bu xəbər mənə də maraqlı gəldi. Çünki indi xətləri ayırsalar, “Cəfər Cabbarlı” və 28 May” stansiyasının bu yükü qaldıra biləcəyi sualdır. Sərnişinlərin əksəri “28 May”da düşüb “Cabbarlı”ya keçəcək ki, “20 Yanvar” istiqamətinə gedə bilsin. Amma ümumən xətlər gec-tez ayrılmalıdır. Düşünürəm ki, digər stansiyalar tikildikdən sonra da ayırmaq olardı, bu zaman artıq başqa alternativlər də yaranmış olacaq. İşlərin ardıcıllığı ilə bağlı tam məlumat verilməyib deyə nəsə demək çətindir. İlk olaraq stansiyalar tikiləcək, yoxsa xətləri ayıracaqlar? Tam anlaşılmır”.

Apardığımız kiçik araşdırma da göstərir ki, xətlərin ayrılması yaxın 1-2 ilin işi deyil. Belə ki, bu xətlərin ayrılaraq müstəqil fəaliyyət göstərməsi üçün hər xəttin özünün vaqon parkının, deposunun olması, ayrıca elektrik yarımstansilarının fəaliyyət göstərməsi mütləqdir. Belə ki, “Yaşıl xətt”in hazırda deposu yoxdur və yaxın gələcəkdə “Dərnəgül”də ayrılmış ərazidə deponun tikintisi də başa çatmalıdır. Həmçinin metronun ayrılmış xətlərinin fəaliyyətinin təşkili üçün əlavə 2 yarımstansiyanın tikintisi vacibdir.

Tikilməkdə olan Dərnəgül deposunun yerləşdiyi ərazi

Bir sözlə, xətlərin ayrılması və metronun arzuolunan səviyyədə xidmət göstərməsi üçün hələ xeyli vaxt lazım olacaq. Bunun üçün isə vaxt itirmədən işləri sürətləndirmək lazımdır və bu istiqamətdə ümidverici açıqlamalar verilir.

Yeniliklərin baş verməsi ilə metropolitenin yükünün xeyli parçalanacağı məlumdur. Bunun üçün bir neçə misal da göstərmək olar:  “Bənövşəyi xətt”in üzərində tikiləcək keçid stansiyaları. Belə ki, Bakının böyük bir hissəsindən - “Həzi Aslanov”dan “Gəncliy”ə kimi olan stansiyalardan Avtovağzala getmək istəyənlər “Sahil” metrosunda düşərək “Bənövşəyi xətt”ə keçə və təxminən 15 dəqiqəyə Avtovağzala çata biləcəklər.

Eləcə də “Xətai” istiqamətindən “20 Yanvar” və şəhərin şimalındakı stansiyalara getmək daha sürətli və asan olacaq. Bununla bağlı çoxsaylı nümunələr göstərmək olar.

Bundan başqa, “Bönəvşəyi xətt”in Ağ Şəhərədək uzanması ilə Bakıda mövcud olan ənənəvi nəqliyyat və sərnişin axını istiqamətləri də kəskin dəyişmiş olacaq. Buna uyğun marşrut avtobusları şəbəkəsində də dəyişikliklərin, paytaxt ərazisində müəyyən yerlərdə əmlakların qiymətində ciddi yeniliyin olacağı da labüddür.

 

Son xəbərlər

Xəbər
Bu gün, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
Dünən, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
Dünən, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Dünən, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Dünən, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Dünən, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Dünən, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Dünən, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Oxşar xəbərlər