Binəqədi rayonunda Anım Gününə həsr olunan intellektual oyun təşkil olunacaq. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "Çağırır Vətən" mövzusunda “Nə? Harada? Nə zaman?" intellektual oyunu keçiriləcək.
Turnirdə suallar Vətən müharibəsi ilə bağlı olacaq. Oyun 27 sentyabr saat 15:00-da Binəqədi Gənclər Evində keçiriləcək.
İştirak etmək istəyənlər Binəqədi Gənclər Evi instagram səhifəsinin mesaj qutusuna komanda adı və üzvləri qeyd edərək, qeydiyyatdan keçə bilərlər.
Turnirin qalib komandası sertifikatla təltif olunacaq.