Paytaxtın Binəqədi rayonu, Adil Məmmədov küçəsindəki 119, 123 və 133 nömrəli binaları əhatə edən park baxımsız qalıb. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Real TV-yə istinadən xəbər verir.
10 il əvvəl salınan parkda yaşıllıqlar məhv olub, işıqlandırma sistemi sıradan çıxıb, tamet daşları sökülüb, oturacaqlar yarasız hala düşüb. Ərazidəki fəvvarə isə ümumiyyətlə fəaliyyət göstərmir. İşıqlandırma olmadığından tüfeyli həyat sürənlər axşamlar buraya üz tuturlar.
Binəqədi rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı bildirdilər ki, rayon ərazisində təmirə ehtiyacı olan bütün parkların yenidən qurulması nəzərdə tutulub. İşlər plana uyğun olaraq mərhələli şəkildə aparılır.