Paytaxtın Binəqədi rayonunda təmizlik işləri aparılıb. Bu haqda 24 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
İməcilik çərçivəsində parklarda abadlıq və təmizlik işləri görülüb, eləcə də yollarda, prospektlərdə səkilər və məhəccərlər yuyulub. Eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı təmizlənib, parklarda dezinfeksiya işləri aparılıb.
[URIS id=71296]