Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zəngəzur küçəsi, döngə, 3 ünvanında yollar təmir olunur. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Hazırda ümumi uzunluğu 450 metr olan küçədə köhnə asfalt örtüyü sökülərək yenisi ilə əvəzlənir. Daha sonra əraziyə yeni yolcizgiləri çəkiləcək, müvafiq nişanlanmalar quraşdırılacaq.
Cari il ərzində Binəqədi rayonu ərazisində ümumilikdə 13,06 km uzunluğunda küçə əsaslı təmir olunub.
[caption id="attachment_72395" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]