Çörəklərin çəkisinin üzərində göstəriləndən aşağı olması ilə bağlı araşdırmaya başlanılıb. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.
“Bakery” MMC-nin istehsal etdiyi, “Bizim Market” MMC-nin isə satdığı çörəklərin etiketdə göstərilən çəkidən az olması sübut edilib və faktla bağlı məhkəməyə müraciət edilib.
Qanunvericiliyə əsasən, satıcının məhsulların kütləsi, çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməməsinə görə fiziki şəxslər 350-500, vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər isə 4000-6000 AZN cərimə edilir.