Üzərindən daim ətir qoxusu gəlməyini istəyənlər üçün Bakıda yeni parfüm aparatları quraşdırılıb.
Belə ki, hər zaman yaxşı qoxumağı istəyən insanları düşünərək şəhərin müxtəlif ərazilərində birdəfəlik istifadə üçün nəzərdə tutulan xüsusi ətir aparatları yerləşdirilib.
“Perfumatic” adlanan qurğulardan istifadə çox sadədir.
Aparata yaxınlaşaraq ödəniş edirsiniz, istədiyiniz ətri seçərək orada olan yuvaya yaxınlaşırsınız və həmin yuvanın altındakı düyməni basırsınız. Qurğunun hündürlüyünün yetərincə yüksək olması aparatdan istifadəni daha da rahatlaşdırır.
Burada 6 növdə brend ətir mövcuddur:
[caption id="attachment_78824" align="alignnone" width="640"]
Foto BakuPlus.az[/caption]