Cari ilin sonuncu KOB Fest sərgi-yarmarkası 14-15 oktyabr tarixlərində Dənizkənarı bulvarda təşkil olunacaq. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Agentlik Bakıda və ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarları sərgi-yarmarkada iştiraka dəvət edib.
Sərgidə məhsul və xidmətlərini təqdim etmək istəyən vətəndaşlar 10 oktyabr saat 18:00-dək müraciət edə bilərlər.