Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər əlavə imtahan verəcəklər. Bu haqda 31 avqust tarixində Report məlumat verib.
Sentyabrın 4-də Bakıda bu il buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün imtahan keçiriləcək.
Həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edərək götürə bilərlər.