İsgəndər Mehdiyevin qətlində təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına pul yığılan saxta İnstagram hesabı açılıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az məlumat verir.
Dələduzluq barədə məlumat Rəşad Dağlı və oğlu Yusifin İnstagram səhifələrində verilib.
Bununla bağı ifaçının vəkili də açıqlama yayıb. O qeyd edib ki, pul yığılmasının Dağlının ailəsi ilə heç bir əlaqəsi yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bundan xəbərdar olduqlarını bildiriblər. Hazırda fakt araşdırılır.