Dünya Robot Olimpiadasının Azərbaycanda keçiriləcək seçmə mərhələsinə qeydiyyat yekunlaşıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Təsnifat yarışları 24-25 sentyabr 2022-ci il tarixlərində Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.
Uğurla qeydiyyatdan keçmiş komandaların liderlərinin elektron poçtuna təsdiq cavabı göndəriləcək.
Bu il yarışda iştirak etmək üçün 121 komanda qeydiyyatdan keçib.