top
Dedilər ki, 5 milyon manatı qaytarmalıyam - Bulvar idarəsinin həbsdə olan sabiq sədri
14 iyul 2025, 05:14
- +

"Dedilər ki, 5 milyon manatı qaytarmalıyam" - Bulvar idarəsinin həbsdə olan sabiq sədri

"Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, həmçinin bayraq meydanının rəisi olmuş İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Report.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə İlqar Mustafayevin vəkilləri vəsatətlə çıxış ediblər. Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. O bildirib ki, şahidlərə təsir göstərmək mümkün deyil: "Çünki bu cinayət işi audit yoxlaması nəticəsində başlanılıb. İş araşdırılması zamanı ifadə verən şahidlərin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib".

Vəkil əlavə edib ki, müvəkkilin səhhətində də ciddi problemlər var, onun uzunmüddətli həbsdə qalması düzgün olmaz.

Müdafiəçi, həmçinin İlqar Mustafayevin dəmir barmaqlıqlar arasında yox, müdafiəçiləri ilə yanaşı əyləşməsini istəyib.

Fuad Babayevin vəkili bildirib ki, müvəkkili 11 milyon manatlıq mənimsəmədə ittiham olunur. O deyib ki, təqsirləndirilən şəxsin yaşadığı ev, bir torpaq sahəsi və avtomobili var: "Fuad Babayevin əmlakları bundan ibarətdir. Biz bu əmlakların sənədlərini məhkəməyə təqdim edirik ki, 11 milyon manatlıq mənimsəmədə ittiham olunan şəxsin əmlakları bundan ibarətdir. Belə böyük mənimsəmədə ittiham olunan şəxsin əmlakı daha çox olardı. Biz bu sənədlərin sübutlar siyahısına əlavə olunmasını təklif edirik".

Digər təqsirləndirilən Rəşad Bədəlovun vəkili isə cinayət işinin əsassız olduğunu deyib, ona xitam verilməsini istəyib.

İlqar Mustafayev deyib ki, Hesablama Palatası 2023-cü ilin dekabrında yoxlama başlatdı. 2024-cü ilin yanvarında yoxlama başa çatdı: "Mən vəzifəmdən azad olundum. 8 aya yaxında Nazirlər Kabineti tərəfindən yoxlama aparıldı. Avqust ayında məni dəvət etdilər. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu qaytarmalısınız. Mən də dedim ki, sözlə demək olmaz, bunu təsdiqləyən akt hanı? Dedilər ki, əks təqdirdə sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Mən dövlətə, dövlətçiliyə sadiq olmuşam. Məhkəmənin ədalətinə inanıram".

Məhkəmə müdafiəçilərin vəsatətlərini təmin etməyib.

Məhkəmə baxışı iyulun 28-nə təyin olunub.

Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

 

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Xəbər
Dünən, 17:10

Sabah Bakıda 35 dərəcə isti olacaq

Xəbər
Dünən, 16:47

"Arzum"un törətdiyi qəzada ölən Amal kim idi? - Toyundan bir il sonra...

Xəbər
Dünən, 16:10

34 min manata Tibb Universitetinə qəbul vədi - MƏHKƏMƏ

Xəbər
Dünən, 15:10

Bakıda piyada keçidlərində istismar müddətini başa vurmuş eskalator və liftlər yenilənəcək

Xəbər
Dünən, 14:10

Dörd uşaq anası  bloqer Arzum 5 il 2 ay müddətinə həbs edildi

Xəbər
Dünən, 13:10

Bakıda 10 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Xəbər
Dünən, 12:35

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Xəbər
Dünən, 12:10

Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb

Xəbər
Dünən, 11:13

"Baku Central Hospital" əmək qanunvericiliyini pozmaqda ittiham olunur

Xəbər
Dünən, 11:10

Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü

Xəbər
Dünən, 10:10

3 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 09:14

Bakıda yaşayış kompleksinin həyətində yanğın

Xəbər
01 iyul 2026, 17:41

Bakıda sürücülərin yolunu zibil qutuları ilə kəsdilər

Xəbər
01 iyul 2026, 17:26

İş vədləri ilə 10 500 manatlıq dələduzluq - İşdə Odlar Yurdu Universiteti də yer alır

Xəbər
01 iyul 2026, 16:07

Səhiyyə Nazirliyindən günvurma təhlükəsi ilə bağlı ÇAĞIRIŞ

Xəbər
01 iyul 2026, 15:25

Spirtli içki qəbul etdi, marşrutda sərnişinin pul kisəsini oğurladı

Xəbər
01 iyul 2026, 14:50

Bakıda sevgilisindən telefonunu gizlədən qadın boru ilə döyüldü

Xəbər
01 iyul 2026, 13:51

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı azadlığa çıxdı

Xəbər
01 iyul 2026, 13:35

"İdrak" liseyində müəllimi güllələyən yeniyetmənin məhkəməsində ittiham aktı elan olunub

Xəbər
01 iyul 2026, 13:10

Hərbi xidmətə çağırış başladı

Xəbər
01 iyul 2026, 12:10

Nadir Qafarzadə: "Allah həmin gün canımı alsın"

Xəbər
01 iyul 2026, 11:25

"Bakubus", eşidirsən? Yatmısan, ya bayılmısan?

Xəbər
01 iyul 2026, 11:10

Bu gündən kişi və qadınların pensiya yaşı bərabərləşib

Oxşar xəbərlər