Paytaxtın Xətai rayonunda yerləşən məktəblərdən biri ənənəvi təhsilə qayıdır. Bu haqda bu gün, 29 oktyabr tarixində Report məlumat yayıb.
245 nömrəli tam orta məktəbin 14 günlük karantin müddəti bitib. Məktəb tam fəaliyyətinə geri dönüb.
Qeyd olunan təhsil müəssisəsinin 19 oktyabr tarixində koronavirusa yoluxma halları səbəbindən distant təhsilə keçməsi barədə məlumatlar yayılmışdır.