Dövlət Yol Polisi paytaxt sakinlərinə müraciət edib. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Anım Günü ilə əlaqədar, II Fəxri xiyaban, Şəhidlər xiyabanı və Dağüstü park istiqamətində insan axınının çox olacağı gözlənilir. Buna görə də vətəndaşlardan həmin ərazilərdən keçən zaman diqqətli olmaları, ümumilikdə şəxsi nəqliyyat vasitələrindən istifadəni azaltmaq tövsiyə olunur.
Dövlət Yol Polisi ziyarət bitənədək yollarda nəzarət aparacağını bildirib.