“Fil və dostları” adlı beynəlxalq sirk proqramı Bakıya filsiz gəlir. Bu haqda bu gün, 29 sentyabr tarixində iTicket məlumat verib.
Dəyişiklik Rusiyanın sərhədində yaranmış gərginliklə bağlı filin Bakıya gətirilə bilməməsi səbəbindən ediləcək.
Proqramda filin göstərəcəyi şounun əvəzinə məşhur beynəlxalq sirk ustaları, klounlar, illüzionistlər, hava gimnastları öz çıxışları ilə tamaşaçıları heyrətləndirəcəklər. Digər nömrələrlə yanaşı, atların da çıxışına xüsusi yer verilib.
Proqramın adı da dəyişdirilərək “Beynəlxalq sirk - Festival qalibləri” olub.