top
Gücümüzü birləşdirmək vaxtıdır: Fransanın ölkəmizə qarşı hazırladığı sanksiyaya susmayaq
13 oktyabr 2022, 03:52
- ↺ +

Gücümüzü birləşdirmək vaxtıdır: Fransanın ölkəmizə qarşı hazırladığı sanksiyaya susmayaq

Bir qrup Azərbaycan vətəndaşı Fransa Senatı və xalqına ünvanlanmış petisiya yaradıb. İctimai müraciətə səbəb Senatın altı üzvü tərəfindən 2022-ci il oktyabrın 3-də təklif edilən və baxılması noyabrın 15-nə təyin edilmiş qətnamə layihəsi olub.

Qətnamə müəllifləri Azərbaycana qarşı bir sıra ittihamlar irəli sürüblər. Ölkəmiz çoxsaylı təcavüz aktlarında, kütləvi hərbi cinayətlərdə və irqçilikdə ittiham olunur. Onlar Azərbaycanın Laçın dəhlizindən çıxmasını tələb edir, həmçinin Azərbaycan tərəfini Qarabağda “erməni mədəni-dini irsini” qorumağa çağırırlar.

Sənədin mətnində Fransa hakimiyyəti Avropa İttifaqi səviyyəsində “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” tətbiqinə və Ermənistanın hərbi potensialını gücləndirməyə çağırılır.

Qətnamənin tam mətni ilə burada tanış olmaq olar. 

Buna cavab olaraq, bir qrup azərbaycanlı Fransanın bu əsassız hərəkətinə qarşı bir sıra ittihamlar və tələblər irəli sürüb:


  • Senatın qətnamə layihəsinin müəllifləri sadəcə erməniləri dəstəkləyirlər, azərbaycanlıları kəskin şəkildə qınayır və diskriminasiya edirlər: bu, irqçiliyin nümayişidir!

  • Fransa Senatı 30 ildir ki, 1.000.000-dan çox azərbaycanlı qaçqının geri qayıtmaq hüququ haqqında susurdu, indi isə ermənilərin Qarabağa qayıtmasına çalışır;

  • Fransa Senatı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlərin, tarixi-memarlıq abidələrinin dağıdılmasının fərqinə varmırdı, indi isə erməni mədəni-tarixi irsinin qorunub-saxlanmasını tələb edir;

  • Senatın qətnamə layihəsinin müəllifləri öz siyasi reytinqlərini artırmaq üçün Fransadakı erməni diasporunun nifrətindən istifadə etməyə çalışırlar;

  • Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır;

  • Fransa Senatı danışıqlar prosesinə şans verməyə, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə çağırılır;

  • Fransa Senatına izah edilir ki, Azərbaycana qarşı təhdidlər sülhə nail olmaq üçün töhfə vermir.


Bir qrup azərbaycanlının Fransa Senatına və xalqına müraciətinin tam mətni (Azərbaycan dilinə tərcümə)

Bir qrup azərbaycanlının Fransa Senatına və xalqına müraciətinin tam mətni (Rus dilinə tərcümə)

Biz, Bakuplus.az komandası 10 milyonluq çoxmillətli dövlətin vətəndaşları olaraq bütün Azərbaycanı, eləcə də başqa ölkələrdən olan azərbaycanlıları və Azərbaycana dəstək olan hər kəsi Vətənimiz adına ədaləti bərpa etməyə çağırırıq.

Qarabağ uğrunda canından keçən minlərlə şəhidin, eləcə də erməni təcavüzünün qurbanı olmuş dinc insanların ruhu xarici bir hökumətin riyakarlığından, əsassız uydurmalarından inciməməlidir. Qaçqın-köçkün vəziyyətinə düşmüş, ən qiymətli varlığını – evini itirmiş vətəndaşlarımıza qarşı amansızlığa, onların 30 illik iztirablarına səssiz qalmamalıyıq.

Həmçinin ölkəmizə qarşı tətbiq edilə biləcək sanksiyalar əhalinin maddi vəziyyətinə mənfi təsir göstərəcək.

Bu petisiyanın imzalanması öz mövqeyimizi bildirmək və ədaləti bərpa etmək imkanı verir.

Petisiyanın azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Bu petisiya qəlbində əks-səda yaradan kəslərə, fransız dilini bilmədən asanlıqla və tez bir zamanda ona dəstək olmaq üçün necə səs vermək barədə addım-addım təlimatlar təqdim olunur.

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz - qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək: #BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Bu gün, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Bu gün, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Bu gün, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Bu gün, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Bu gün, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Bu gün, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Bu gün, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Bu gün, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Bu gün, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Bu gün, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Bu gün, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
Dünən, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
Dünən, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
Dünən, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
Dünən, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
Dünən, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
Dünən, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
Dünən, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
Dünən, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
Dünən, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
Dünən, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
Dünən, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər