Azərbaycan Nəşriyyatları Assosiasiyasının və Nizami RİH-nin təşkilatçılığı ilə “Nağıl saatı” təşkil olunacaq. Bu haqda 8 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirdə "Everest" nəşriyyat evinin baş redaktoru, uşaq yazarı, professor Solmaz Amanova nağıl oxuyacaq.
Görüş sentyabrın 9-u saat 17:00-da Nizami rayonunda, Heydər Əliyev adına parkda baş tutacaq.
Nağıl saatında iştirak ödənişsizdir.