Heydər Əliyev Mərkəzinin parkında “10 il Sizinlə” şüarı ilə həftəsonu tədbirləri çərçivəsində 3 sentyabr tarixində zumba üzrə master-klas keçiriləcək. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az məlumat verir.
Saat 10:00-da başlayacaq məşq Grifon Dance Studio-nun rəhbəri və xoreoqrafı Şahin Hüseynov tərəfindən aparılacaq.
Tədbirdə idman geyimində 16 yaşdan yuxarı hər kəs ödənişsiz iştirak edə bilər. Geyim tərzi: idman geyimi.