Baş Prokurorluq Sənan Əhmədovun etiraf videosu ilə bağlı araşdırma başladıb. Bu haqda BakuPlus.az Baş Prokuroruğun mətbuat xidmətinə istinadən bu gün, 16 sentyabr tarixində xəbər verir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, hər iki video barədə araşdırmalar aparılır.
"Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin", - Mətbuat Xidmətindən qeyd edilib.