Sosial şəbəkələrdə şəhid Səbuhi Əhmədovun qardaşının etiraf videosu yayılıb. Bu haqda BakuPlus.az bu gün, 16 sentyabrda xəbər verir.
Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət alınması ilə bağlı etiraf videosu çəkib.
Şəhid qardaşı sözügedən 6 min manatın vəzifə dəyişikliyinə aidiyyətinin olmadığını və ailədaxili məsələlərə görə xərcləndiyini qeyd edib.
Ötən gün məsələnin araşdırılması ilə əlaqədar Sənan Əhmədov Müdafiə Nazirliyinə dəvət olunmuşdur.