Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Bu haqda 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata, oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib. Ata və oğlunun cənazəsi Bakının Binəqədi rayonunda dəfn olunur.
Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı və doğulmamış körpəsi Vətənə əmanət qalıblar.