top
Kliniki Tibbi Mərkəzə xəstələrin axını xeyli artıb: həkimlər növbələrin öhdəsindən gələ bilmirlər
29 sentyabr 2022, 07:10
- ↺ +

Kliniki Tibbi Mərkəzə xəstələrin axını xeyli artıb: həkimlər növbələrin öhdəsindən gələ bilmirlər

İcbari tibbi sığorta layihəsinin icrasına başlandıqdan sonra bu xidmətdən istifadə edənlərin sayı hər gün artır. Xəstələrin çoxluğu səbəbindən xəstəxanalar dolub. Eyni vəziyyət 1 saylı Kliniki Tibb Mərkəzində də yaranıb. Vətəndaşlar deyirlər ki, bəzən həkim qəbuluna düşmək üçün bir neçə gün növbədə durmalı olurlar. Bu haqda 28 sentyabr tarixində Xəzər Xəbər reportaj yayıb.

Kliniki Tibbi Mərkəzin şöbə müdiri Afət Zeynalova deyir ki, sıxlığın əsas səbəbi icbari tibbi sığortanın tətbiqindən sonra tibbi xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasıdır: “İcbari tibbi sığorta tətbiq olunana qədər xəstələrin sayı çox az idi. Müqayisə etsək, əvvəllər terapevt gündə 5-10 xəstə qəbul edirdisə, indi gündə 20-40 xəstə müalicə olunur”.

Şöbə müdirinin sözlərinə görə, sıxlığın digər səbəbi xəstələrin səhər saatlarında klinikaya daha çox gəlməsidir. O bildirir ki, təkcə avqust ayında xəstəxanaya icbari tibbi sığorta ilə bağlı 12.000-dən çox müraciət daxil olub.

“Bütün müayinələr, analizlərin verilməsi, instrumental müayinələrin aparılması ac olaraq gələndə, və yaxud səhər saatlarında daha məqsədəuyğundur. Ona görə də birinci üç-dörd saat ərzində vətəndaşların sıxlığı daha çox olur. Saat 12:00-13:00-dan sonra xəstələrin və müvafiq olaraq, müraciətlərin sayı daha da az olur”, - Zeynalova əlavə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Pərvin Baxşəliyeva dediyinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra vətəndaşlar bir sıra həyati vacib xidmətləri, hətta ən kiçik tibbi prosedurları belə pulsuz əldə edirlər. Ona görə də xəstəxanalara müraciətlər gündən-günə artır.

“Son 8 ayın statistikasına nəzər salsaq görərik ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 25 milyondan çox tibbi xidmət göstərilib. İcbari tibbi sığorta xidmətləri zərfinə daxil olan tibbi xidmətlərdən 3 milyondan çox vətəndaş pulsuz yararlana bilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il həm xəstələrin, həm də tibbi xidmətlərin sayı 2 dəfəyə yaxın artıb”, - deyə Baxşəliyeva açıqlama verib.

Pərvin Baxşəliyeva onu da qeyd edib ki, sıxlığın qarşısını almaq üçün xəstəxanalarda növbəni tənzimləyən aparatların quraşdırılması nəzərdə tutulur.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər