Bakıda “Latviya tətbiqi sənəti və dizayn: başlanğıcdan müasir interpretasiyayadək” adlı mühazirə təşkil olunacaq. Bu haqda BakuPlus.az muzeyin mətbuat xidmətinə istinadən bu gün, 17 oktyabr tarixində xəbər verir.
“İki Yulius” sərgisi çərçivəsində keçiriləcək mühazirə Latviya Milli İncəsənət Muzeyinin Latviya Tekstil Sənəti Kolleksiyasının kuratoru Ruta Rinka tərəfindən təqdim olunacaq.
O, Latviya tətbiqi sənətinin baniləri hesab edilən Yulius Straume və Yulius Madernieksin zəngin yaradıcılığı barədə ətraflı məlumat verəcək.
İştirak üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.