Uşaq yazarı Reyhan Yusifqızının təqdimatında “Nağıl saatı” təşkil olunacaq. Bu haqda 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbirdə Reyhan Yusifqızı müəllifi olduğu "Pəncərəni kim sındırdı?" kitabını oxuyacaq və uşaqların suallarını cavablandıracaq.
Görüş sentyabrın 25-i saat 15:00-da "Libraff"ın Park Akademiya filialında baş tutacaq. Nağıl saatında iştirak ödənişsizdir.