MİDA-nın sisteminə kiberhücum edilib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az agentliyə istinadən xəbər verir.
15 sentyabr tarixində güzəştli mənzillərin satışı zamanı xaricdən müdaxilə olunduğu müəyyən edilib. Belə ki, sistemə xaricdə yerləşən qlobal hostinqlərə məxsus İP ünvanlardan iri həcmli kiberhücumun olduğu aşkarlanıb.
Daha öncə sistemi eyni anda 20.000-dən artıq giriş olduğu məlumatı verilmişdir. Faktla bağlı cinayət işi başlanılıb. Həmin kanallar təspit edilərək bloklanıb. Araşdırmalar davam edir.