MİDA-nın “Güzəştli Mənzil” informasiya sistemi çöküb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Çox sayda insanın bir anda sistemə daxil olması səbəbindən sistemdə problemlər yaranıb. Hazırda bərpa işləri görülür. Mənzillərin satışı yenidən keçiriləcək. Vaxt haqda məlumat hələlik verilməyib.
Mənzillərin satışı 15 sentyabr saat 11:00-da başlamalı və 22 sentyabr saat 11:00-a qədər davam etməli idi.