Gənc müğənni Hiss şəhid olan Səbuhi Əhmədovla fotosunu paylaşıb. Bu haqda 14 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Müğənni Hissin Səbuhi ilə birgə SOS uşaq evində böyüdüyü məlum olub. İfaçı İnstagram səhifəsində şəhidlə şəklini paylaşaraq bu sözləri yazıb:
"Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!"
Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunu olub. Səhubi Əhmədov Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalıb. O, bu gün II Fəxri xiyabanda torpağa tapşırılıb.