top
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi - FOTO
15 may 2025, 05:55
- +

Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi - FOTO

Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Rəfael Cəfərov küçəsi və ətraf ərazilərdə yaşayan sakinlər illərdir eyni problemlə mübarizə aparırlar. 2024-cü ilin oktyabr ayından bu yana burada yeraltı suların səviyyəsinin artması səbəbindən həyətlər və zirzəmilər su ilə dolur, nəticədə evlər və həyətyanı sahələr istifadəyə yararsız hala düşür.

Bu barədə 50-ə yaxın sakinin bakupost.az-a müraciətində bildirilir.

Sakinlərin sözlərinə görə, yağıntılı havalarda vəziyyət daha da pisləşir, quraq vaxtlarda isə su çəkilmir. Beləliklə, sakinlərin gediş-gəlişi mümkünsüz olur, həyat-bacaları yararsız hala düşür, ağaclar və yaşıllıqlar məhv olur, evin təməli zədələnir.

Müraciətdə qeyd olunub ki, yerli icra orqanları, bələdiyyə və mütəxəssislər vəziyyətlə tanış olsa da, problemin əsas səbəbi olan drenaj sisteminin qurulması onların səlahiyyət və imkanlarından kənardır. Ərazidə kanalizasiya və drenaj sisteminin qurulması üçün təxminən 400 metrlik məsafədən yeni xətlər çəkilməli, bunun üçünsə layihə təsdiqi alınmalı və maliyyə ayrılmalıdır. Bu isə yalnız aidiyyəti dövlət qurumlarının iştirakı ilə mümkündür.

Sakinlər bu problemi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin həll etməli olduğunu bildirilər.

Məsələ ilə bağlı adı çəkilən qurumla əlaqə saxlanılıb. Agentlikdən bildirildi ki, intensiv yağıntılar zamanı təchizat sistemi olmayan ərazilərdə ətrafa, həyətyanı sahələrə suyun yığılması hallarına rast gəlinir:

“Belə hallarda relyefin əlverişli olduğu ərazilərə müvafiq sukanal idarəsinin qəza briqadası cəlb edilərək yığılan suyun maşınlar vasitəsilə qismən və ya tam çəkilməsi təmin edilir. Həmçinin tullantı su şəbəkəsi olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası təchizat sisteminin mövcudluğu, ərazinin relyefi, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Şəbəkələrin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Qeyd edək ki, sakinlər məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinə də müraciət ünvanlayıblar.

Son xəbərlər

Xəbər
Bu gün, 09:45

85 illik ömrünü ədəbiyyata həsr edən Fikrət Qoca

Xəbər
Bu gün, 09:24

"Sabah" Çempionlar Liqasında "Hapoel" sınağına çıxır

Xəbər
Dünən, 18:00

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 17:30

"TikTok" videosu çəkəndə cərəyan vuran yeniyetmə Bakıda öldü

Xəbər
Dünən, 17:00

Bakıda mühafizəçi iş yerində ÖLÜ TAPILDI

Xəbər
Dünən, 16:30

Bakının bu kəndində 150 min adam yaşayır

Xəbər
Dünən, 15:30

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

Xəbər
Dünən, 14:58

1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri BAĞLANIR?

Xəbər
Dünən, 14:39

Saxta ödəniş səhifələri yaradılıb - Ehtiyatlı olun!

Xəbər
Dünən, 14:12

Bakıda arvad ərinin boğazını kəsib öldürdü - "İNTİHAR EDİB" deyibmiş

Xəbər
Dünən, 13:40

Sevgisi nakam qalan şair - Yaşasaydı 38 yaşı olacaqdı...

Xəbər
Dünən, 12:47

Avtobusda sərnişinin başına bir saatdan çox su töküldü - Qurumdan CAVAB

Xəbər
Dünən, 12:43

"Ayıb olsun, "Azərişıq"! Keyfiyyət budur?" - Masazır sakinləri fəryad edir

Xəbər
Dünən, 12:13

Arvadını qarşısında otuzdurub hər mesaja görə bir şillə vurdu

Xəbər
Dünən, 11:18

"Netflix", "eBay" və "Anthropic" Azərbaycanda vergi uçotuna alınıb

Xəbər
Dünən, 10:32

Ali məktəblərin magistraturalarının boş qalan yerlərinə qəbul elan edilir

Xəbər
Dünən, 09:59

Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib

Xəbər
Dünən, 09:48

Yol polisi mobil telefonlara görə sürücülərə müraciət etdi

Xəbər
23 avqust 2026, 21:00

24-30 AVQUST tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
22 avqust 2026, 18:04

Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb – Eldar Əzizov

Xəbər
22 avqust 2026, 14:02

Xalq artisti ağır qəzaya düşdü, vəziyyəti ağırdır

Xəbər
22 avqust 2026, 12:23

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
22 avqust 2026, 10:43

Bakıda qadın keçmiş ərini döydü, məhkəməlik oldu

Xəbər
22 avqust 2026, 01:18

Səsi ilə çoxlarının qəlbini fəth edən sənətkarın ad günüdür

Oxşar xəbərlər