“Mehnur” loqopedik reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi faktı ilə saxlanılan şəxslər ev dustaqlığına buraxılıblar. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli 3 aylıq ev dustaqlığına buraxılıblar və tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
3 sentyabr tarixində sosial şəbəkələrdə “Mehnur” reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı videogörüntülər yayılmışdır. Bununla əlaqədar şübhəli bilinən 9 nəfər saxlanılmışdır.