Prezident İlham Əliyev “Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” və “Turizm işçiləri günü”nün tarixində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu haqda BakuPlus.az prezidentin mətbuat xidmətinə istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi, sentyabrın 29-u isə turizm işçiləri günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda, turizm işçiləri günü isə 27 sentyabrda qeyd olunurdu.
8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.